06.11.2025
6 noyabr 2025-ci il tarixində MİHİ Qazax Rayon Komitəsinin dəstəyi, Qazax rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanı və “Qarabağ Azərbaycandır!” Abidə kompleksi ziyarət edildi. Bu Zəfər yalnız hərbi qələbənin deyil, həm də dövlətçilik ideyasının möhkəmlənməsi, suverenliyin tam bərpası və tarixi ədalətin təntənəsi kimi əzəmətli məqamları özündə birləşdirir. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi bu arzunu reallığa çevirdi. Azərbaycan Ordusu, Ali Baş Komandanın dəmir iradəsi və xalqın sarsılmaz birliyi nəticəsində düşmən diz çökdü. Bu qələbə sadəcə hərbi əməliyyatların nəticəsi deyildi — bu, əsrlərlə toplanmış milli enerjinin, dövlətçilik ruhunun və azadlıq idealının təntənəsi idi.